"Evdar xanımlar, instaqram və TikTok-da az oturun" - VİDEO

Müğənni Xatirə İslam sosial şəbəkədə tənqid yazanlara cavab verib.

Asayis.Az xəbər verir ki, sənətçi mətbəxtdə iş görərkən dibi yanan qazanın videosunu paylaşıb. O, xanımlara səslənərək, onlara məsləhətlər verib:

"İnstaqramda və TikTok-da vaxt keçirdəndə qazanlarınız bu günə düşəcək. Bunu ancaq tullamaq lazımdır. Ona görə də ev işləri ilə məşğul olun. Gözəl işlər edin. Ev xanımları, instaqramda və TikTok-da az oturun. Onu-bunu az müzakirə edin. Camaata ağzınıza gələn təhqiri az yazın".

 

14:48 - 25 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin