Müğənni Günay İbrahimli səhnə geyimlərindən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi "Özəl" proqramında moda evindən söz açıb. O bildirib ki, səhnə geyimlərini satıb:
"Səhnə paltarlarımı pula çevirdim. Bəzi özəl geyimləri saxlayıram. Düşünürəm ki, 10-20 il keçəndən sonra onlarla nəsə fotosessiya, çəkiliş edərəm. Xatirədir, maraqlı olar.
Moda evi açanda çoxları dedi ki, Günay müğənnilikdən getdi. Elə deyil, indi mənim işim daha rahat olub. Atelyemdə hazırlaşıram, geyimlərim orada seçilir. Görüşlərimi orada edirəm".