Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Zəngəzur bölgəsinə səfər edəcək.
Asayis.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Qeyd edilib ki, səfər Zəngəzurda patrul xidmətinin tətbiqi ilə bağlıdır. Açılış mərasimi Qafan şəhərindəki meydanda böyük təntənə ilə qeyd olunacaq.
Eyni zamanda, eyni zamanda 4 rayonda patrulların təqdimatı keçiriləcək.
Paşinyanın icma rəhbərləri ilə görüşü də nəzərdə tutulub.