“Xəritələr Rusiyanın əlindədir”

 “Xəritələr Rusiyanın əlindədir”

"Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub. İndi tərəflərə münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atılmalıdır”.

Asayis.Az xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra deyib.

Lavrov onu da bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır:

“Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyanın əlindədir. Tərəfdaşlar bunu başa düşürlər. Biz bundan böyük nəticə çıxarmağa çalışmırıq. İstəsələr, Brüsseldə şanslarını sınasınlar, amma biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə hazırıq”.

 “Qafqazinfo”

15:48 - 24 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin