Bakı Media Mərkəzi hazırda ölkəmizin tarixi ilə bağlı böyük önəm daşıyan filmin istehsalı üzərində çalışır.
“Himayədar” adlı bu film böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunub. Qeyd etmək lazımdır ki, filmdə həmçinin, XIX əsrin sonu-XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələrə də toxunulur.
Ölkəmizin tarixinin tanıdılmasını məqsədləyən bu önəmli ekran işinin may ayında başlayan 120 çəkiliş gününün 90-ı artıq başa çatıb. Filmin 8 seriyadan ibarət olması nəzərdə tutulub. Filmin kütləvi səhnələrinin çəkilişində 1600 nəfər iştirak edib. Çəkiliş üçün 70-dən çox məkanda çəkiliş aparılıb və bununla yanaşı 300-dən çox abidə hazırlanıb.
Arzu Əliyeva çəkliş prosesi ilə tanış olmaq üçün paviliyona gəlib.