Türkiyədə 14 şübhəli dəniz yolu ilə xaricə qaçmaq istəyərkən saxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata əsasən, ölkənin Antalya vilayətində FETÖ üzvü olduğu iddia edilən 14 şübhəli xaricə qaçmaq istəyərkən saxlanılıb.
Şübhəlilər arasında işdən çıxarılan qərargah polkovnikləri, baş leytenantlar və kiçik zabitlərin də olduğu öyrənilib.
Saxlanılanlar dindirilmək üçün polis bölməsinə aparılıb. Araşdırmalar davam etdirilir.