"Cənubi Qafqazda sülhə ehtiyac var”.
Asayis.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” hesabında yazıb.
O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır: “İqtisadi, siyasi, mədəni əlaqələri və bütün məsələləri diplomatik və dialoq yolu ilə həll edə biləcəyimiz regiona ehtiyacımız var”.