Oktyabrın 18-i müğənni Elçin Cəfərovun ad günüdür.
Asayis.Az xəbər verir ki, ifaçı özü ilə bağlı paylaşım edib.
Həyatından yazan Elçin "Həyatımın ən gözəl keçid dövrünü yaşayıram. Başıma nə gəlsə hər iki halda mənə xoşdur və "şükürlər olsun" deyirəm. Bu gün mən növbəti, bəlkə də ən çox gözlədiyim, yaşıma keçid alıram. Özümü çox qəribə hiss edirəm, açıqlaya bilmirəm" sözlərini əlavə edib.
Qeyd edək ki, Elçin Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailəlidir. Cütlüyün bir övladı var.