Fələstinin HƏMAS qruplaşması İsrailin Qəzzaya hava zərbələrini dayandıracağı təqdirdə bütün mülki girovları azad etməyə hazır olduğunu bəyan edib.
Asayis.Az xəbər verir ki, bunu HƏMAS-ın yüksək səviyyəli rəsmisi NBC telekanalına bildirib.
Onun sözlərinə görə, raket hücumları dayandırılarsa, girovlar bir saat ərzində azad oluna bilər.
Eyni zamanda, əsirlikdə olan İsrail əsgərlərinin azad edilməsi müqabilində HƏMAS İsrail həbsxanalarında saxlanılan bütün fələstinlilərin azad edilməsini tələb edir.
Qruplaşma nümayəndəsi qeyd edib ki, İsrail və ABŞ artıq bu şərtlərdən xəbərdardır: “Onlara yaraqlılarla əlaqə saxlayan bir sıra ərəb ölkələrinin rəhbərləri tərəfindən məlumat verilib”.
i24News telekanalının məlumatına görə, HƏMAS azı 199 israillini girov saxlayır. Bundan əvvəl İsrail Müdafiə Qüvvələri girovların sayını 155 nəfər hesab edirdi. HƏMAS və İslami Cihad terror təşkilatının nümayəndələri 130-a yaxın israilli girov saxladıqlarını bildiriblər. Saxlanılanlar arasında ikili vətəndaşlığı olanlar da var.