“Azərbaycanla dərhal sülh sazişi bağlamalısınız…” - Saakaşvili Paşinyana müraciət etdi

 “Azərbaycanla dərhal sülh sazişi bağlamalısınız…” - Saakaşvili Paşinyana müraciət etdi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ermənistanın baş naziri Paşinyana müraciət edib.

Asayis.Az 
bildirir ki, müraciətində bir sıra məsələlərə toxunan Saakaşvili Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişi bağlamağa çağırıb.

Sabiq prezident bildirib ki, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir: “Siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalısınız. Bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik – açıq sərhədlərlə, üçünün hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik”.

Saakaşvili qeyd edib ki, Paşinyan hakimiyyətə gələndən sonra əsaslı islahatlar apara bilməyib. “İndiki dövlət aparatınız Kremlin beşinci kolonudur. Avropaya inteqrasiyada gecikmisiniz”.

Saakaşvili Paşinyana müraciətində Rusiya hərbi bazasının dərhal çıxarmağa, MDB, KTMT, Gömrük İttifaqından çıxmağa çağırıb.

Demokrat.az

17:24 - 18 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin