“Bakı Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyır”

 “Bakı Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyır”

Bakı Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıyır”.

Asayis.Az
 bildirir ki, bu sözləri Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə təmsilçisi Elçin Əmirbəyov BBC-nin rus xidmətinə müsahibəsində deyib.

Ermənistanın Bakının Zəngəzuru nəzarətə almaq planlarından narahatlığı haqda suala cavabında Əmirbəyov belə planların olmadığını deyib:

“Bunun Ermənistanın suveren ərazisi kimi tanıyırıq. Ancaq bilməliyik ki, qarşı tərəf dəhliz boyunca hərəkətin təhlükəsizliyini təmin edəcək. Bizə Azərbaycanın əsas hissəsindən Naxçıvana, yaxud əks istiqamətə qatara minən hər bir sərnişin üçün təhlükəsizlik təminatı lazımdır”.

Əmirbəyovun sözlərinə görə, Bakı danışıqlara hazırdır, ancaq Ermənistan prosesi uzatmağa üstünlük versə, Azərbaycan marşrutu İran ərazisindən çəkməyə hazırdır.

Əmirbəyov deyib ki, növbəti addım Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlar ola bilər.

“Əsas məsələ odur ki, tərəflərin bu məsələni sülh yoluyla həll etməyə siyasi iradəsi çatacaqmı? Biz belə bir həlli, eləcə də ikitərəfli danışıqların digər istiqamətlər üzrə irəliləməsini çox istəyirik. Hesab edirik ki, sərhədimiz nə qədər tez razılaşdırılsa, o qədər yaxşıdır. Bu zaman hansısa hərbi əməliyyatların bərpası ehtimalı da az olar”, – Əmirbəyov vurğulayıb.

12:36 - 18 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin