Sənətçilər Füzuliyə getdi

 Sənətçilər Füzuliyə getdi

Füzuli şəhəri günü münasibətilə konsert proqramı təşkil olunub.

Asayis.Az
 xəbər verir ki, bununla bağlı Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Nurlan Növrəsli, Rəşad İlyasov, müğənnilər Nadir Qafarzadə, Murad Arif və başqaları Qarabağa yola düşüblər.

Bunu əks etdirən görüntüləri N. Qafarzadə instaqram hesabında paylaşıb.

Qeyd edək ki, Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib. Bu il iyulun 31-də isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli şəhəri günü (17 oktyabr) təsis edilib. 

13:00 - 17 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin