19-20 sentyabr tarixlərində Ordumuzun keçirdiyi antiterror əməliyyatından sonra azad edilən Xocalıda ərzaq anbarları tapılıb.
Asayis.Az xəbər verir ki, eksklüziv fotonu "Bez tormozov” kanalı paylaşıb. Bildirilib ki, Xocalıdakı anbardan kisələrlə erməni istehsalı un tapılıb.
Qarabağın müxtəlif ərazilərində belə un, ərzaq anbarlarının olduğunu, lakin keçmiş separatçı rejimin aclıq şousu yaratmaq üçün onları gizlətdiyi deyilir.
Sözügedən fotonu "Telegram"da paylaşan ermənilər orada ikən qarğıdalı ununa möhtac qaldıqlarını, əslində isə anbarların dolu olduğunu yazıblar. Bu, keçmiş separatçı rejimin Qarabağdakı erməniləri girovluqda saxladığının növbəti sübutudur.