Moskvadan Xankəndi elanı Poqosyanı dəli etdi - Oranı hədəfə alın - VİDEO

 Moskvadan Xankəndi elanı Poqosyanı dəli etdi - Oranı hədəfə alın - VİDEO
Rusiyanın TASS agentliyinin elanı erməniləri ciddi narahat edib.

Ölkə.Az xəbər verir ki, mətbu orqanın binasının girişində "Əliyev Azərbaycan bayrağını Xankəndidə ucaltdı" sözlərinin qeyd olunması, Ermənistanın keçmiş rəsmi nümayəndəsini özündən çıxarıb.

Dəfələrlə qeyri-adekvat bəyanatları ilə gündəmə gələn Vladimir Poqosyan yenə də təxribatçı mövqeyi ilə seçilməyi bacarıb.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin keçmiş müşaviri işləmiş şəxs TASS-a qarşı müharibə "elan edib". O, Rusiyanın agentliyinin belə informasiya təqdim etməsini həzm edə bilməyib.

"TASS qanuni hərbi hədəfdir", - bəyanatı ilə rahatlıq tapmaq istəyən Poqosyan görünür, hələ çox ağıldankəm çıxışlar etmək məcburiyyətində qalacaq.

Bundan əlavə Ermənistanın rəsmi nümayəndəsi olmuş şəxs Qarabağ bölgəsində qanunsuz erməni dəstələrinin üzvlərinin hələ də gizləndiyi söyləyib.

 

 

 

15:12 - 16 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin