İran İsraili Qəzzada quru əməliyyatına başlaması ilə bağlı xəbərdar etdi

 İran İsraili Qəzzada quru əməliyyatına başlaması ilə bağlı xəbərdar etdi

İran Fələstinin radikal HAMAS hərəkatı ilə İsrail arasındakı münaqişənin daha da gərginləşməsini istəmir.

Bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İran tərəfi İsrailə Qəzza zolağında hərbi əməliyyatı davam etdirdiyi təqdirdə müdaxilə etmək məcburiyyətində qalacağını deyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyrutda BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə görüşüb. Tərəflər Fələstin-İsrail münaqişəsinin genişlənməsinin qarşısının alınması yollarını müzakirə edib.

Abdullahiyan vurğulayıb ki, Tehran münaqişənin regional müharibəyə çevrilməsini istəmir və HAMAS-ın girovluğunda olan mülki insanlarını azad etməyə çalışır.

Nazirin sözlərinə görə, İsrail hərbi əməliyyatı davam edərsə və yəhudi dövləti Qəzzada quru əməliyyatı keçirsə, İran cavab vermək məcburiyyətində qalacaq./APA

12:36 - 16 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin