Xaçatryan məhkəmədə ağladı - Video - Fotolar

 Xaçatryan məhkəmədə ağladı - Video - Fotolar

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb. 

Asayis.az xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçatryanın ağlaması diqqəti çəkib. 

Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir, ilkin dinləmələr keçirilir.

Qeyd edək ki, V.Xaçatryan 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. O, bu ilin iyulunda Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Foto: Xəyal Vəlizadə

16:00 - 13 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin