İsrailin informasiya naziri Qalet Distel-Atbaryan istefa verib.
asayis.Az xəbər verir ki, o, bu barədə “X” (tvitter) sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin "HƏMAS" qruplaşması Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.