Ötən gecə İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Qəzza zolağının şimalında HƏMAS-ın 750 hədəfinə zərbələr endirib.
Asayis.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, HƏMAS yaraqlılarının yeraltı tunellərinə, habelə onların hərbi komplekslərinə, nəzarət-buraxılış məntəqələrinə və komandanlıq mərkəzləri kimi istifadə edilən yüksək rütbəli silahlıların iqamətgahlarına zərbələr endirilib.
Bildirilir ki, rabitə məntəqələri də vurulub.
Bir neçə döyüş təyyarəsi sıradan çıxarılıb, çoxmərtəbəli binalarda yerləşən və HƏMAS-ın terror məqsədləri üçün istifadə etdiyi 12 hərbi obyektə də hücum təşkil edilib.
Bununla paralel olaraq, İsrail Müdafiə Qüvvələrinin xüsusi təyinatlı əsgərləri İsrail ərazisinə minaatan hücumlarında iştirak edən və hücum zamanı Qəzza şəhərində onların komandanlıq mərkəzində olan 3 terrorçunu zərərsizləşdirib.