Bir həftədən az müddətdə İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə hücum etmək üçün ABŞ-ın Əfqanıstanda bir il ərzində sərf etdiyi qədər bomba və raketdən istifadə edib.
Asayis.Az "Ynet" portalına istinadən xəbər verir ki, bu barədə holland hərbi müşavir və BMT-nin Liviyadakı müharibə cinayətləri üzrə keçmiş müstəntiqi Mark Geralsko bildirib.
“Bir həftədən az müddət ərzində İsrail ABŞ-ın Əfqanıstanda bir ildə istifadə etdiyi sursat qədər sursat istifadə edib. İsrail hava hücumlarını əhalinin sıx olduğu ərazilərə endirir",-deyə Geralsko əlavə edib.
İsrail Müdafiə Qüvvələri oktyabrın 7-dən bu yana Qəzza zolağında 3600-dən çox hədəfi vurduğunu və ümumilikdə 4000 tonluq 6000 sursatdan istifadə etdiyini bildirib. Əfqanıstandakı müharibə zamanı (2001-2021) ABŞ bir il ərzində maksimum 7,4 min sursat istifadə edib. 2011-ci ildə Liviyanın atəşə tutulması zamanı NATO təyyarələri 7,6 mindən çox bomba və raketdən istifadə edib.