Fatimə 50 min ödəyəsi olmadı - AÇIQLAMA

 Fatimə 50 min ödəyəsi olmadı - AÇIQLAMA

"Bu məsələ artıq qarşı tərəf tərəfindən neçənci dəfədir yayımlanır: Fatimə uduzdu və nələr... Bəli, Fatimə Azərbaycan qanunlarına hörmətlə yanaşır. Necə məhkəmə prosedurları gedir, o cür də davam edir. Fatimə Fətəliyeva Nazilədən heç vaxt üzr istəməyəcək. Çünki təhqiredici, onun iddia etdiyi fikirlər olmayıb. Hamı bilir ki, ilk gündən davanı kim başlayıb".

Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Sənətçi şair Nazilə Səfərli ilə qalmaqalından danışıb. Fatimə Nazilənin ötən gün yayımladığı apellyasiya məhkəməsini uduzması haqda paylaşıma belə reaksiya verib:
Ətraflı

"Camaat bizə gülür, heç kimə maraqlı deyil Nazilə kimi məhkəməyə verdi, kim uddu. Bu gün çox hadisələr yaşadıq, şəhidlərimiz oldu, analar gözüyaşlı qaldı. Onlara dəstək olmaqdan, efirdə məhkəmədən danışırıq. Tamaşaçılar qıcıq olur bundan.

Bu dava, qırğın mən tərəfdən başlamadı, qarşı tərəf adımı çəkmədən hər yerdə məni ucaltmaqdansa, nüfuzdan salmağa çalışıb. Mən isə buna cəhd etdiyi məqamda cavabını vermişəm. Məhkəməyə verib, deyir, üzr istəyəcəyəm. Harada görünüb ki, kiminsə valideyni söyülsün, "abırsız" deyilsin və üzr istəsin? Şükür, gözəl ailədə böyümüşəm, anam, atam olub. Varlıqlı ailənin övladı olmuşam, sonradan görən olmamışam. İndi də incəsənət yolunu seçmişəm.

Çıx efirə, nə danışırsan danış, xalqın gözü tərəzidir. Məni sevən məni sevəcək, onu sevən onu sevəcək".

Fatimə Nazilənin istədiyi 50 min manatlıq təzminatdan da danışıb:

"Təzminat heç 50 min deyil, məhkəmə onu 500 manata düşürdüb. 50000-dən iki sıfır silindi".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub.

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.

12:48 - 12 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin