“Sülhməramlılar Qarabağdan çıxsa, Ermənistana köçürülməməlidir” - Paşinyan

 “Sülhməramlılar Qarabağdan çıxsa, Ermənistana köçürülməməlidir” - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlılarının Ermənistana köçürülməsinin əleyhinədir.

TASS xəbər verir ki, Paşinyan bildirib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsə, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar.

Ermənistan Baş naziri Nikol Paşinyan həmçinin bildirib ki, Ermənistan “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazırdır.

15:24 - 11 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin