"Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır. Gürcüstan bizim okeana, dünyaya çıxış qapımızdır. Azərbaycan da öz növbəsində Gürcüstan üçün əsas investor, iqtisadi əlaqələrdə əsas tərəfdir. Bizim investisiyamız, layihələrimiz olmasa, Gürcüstanda iqtisadi fəaliyyət indiki səviyyədə ola bilməzdi”.
Asayis.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib. O qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında icrası davam edən layihələr mühüm əhəmiyyət daşıyır:
“Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin yükgötürmə qabiliyyəti 5 dəfədən çox artıb. Bu yaxınlarda Azərbaycan, Gürcüstan, Ruminiya və Macarıstan arasında müqavilə imzalandı. Qara dənizin altından kabel xətləri çəkiləcək, elektrik enerjisi ötürüləcək, Azərbaycan bütün Avropaya enerji tədarük edə biləcək. Azərbaycan Qara dənizdə Kulevi limanını alıb, orada neft terminalı var. Həmin liman genişləndiriləcək. Orta Dəhlizin gücləndirilməsi istiqamətində addımlar atılır.
Çindən Avropaya gedən yol, Türkiyənin Orta Asiya və Çinə açılan qapısı da eyni zamanda Azərbaycandan keçir”.
Demokrat.az