"Qadınlarda gözəlliyə önəm verirəm. Kişinin yaraşıqlı olması önəmsizdir".
Asayis.Az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Günə son" verilişində deyib. Kişilərdən danışan aktrisa bunları əlavə edib:
"Yaraşıqlı kişiyə kişi kimi baxmıram. Sözümü düzəldim, ciddiyə ala bilmirəm. Kişi çox yaraşıqlı olanda, bunun fərqinə varanda bel bağlamaq olmur. Kişidə gücü sevirəm".