İrəvana yeni mer seçildi

 İrəvana yeni mer seçildi

İrəvanın yeni seçilən Ağsaqqallar Şurası (Bələdiyyə Şurası) şəhər meri vəzifəsinə hakim "Mülkü Müqavilə" Partiyasının namizədi Tiqran Avinyanı seçib.

Asayis.Az
 xəbər verir ki, məlumatı “Armen Press” yayıb.

Bildirilib ki, toplantıya şuranın 37 üzvü qatılıb. Bu da mer seçkisi üçün yetərsayı təmin edib.

Məlumata görə, “Ana Ermənistan” Alyansı və Milli Tərəqqi Partiyası namizəd irəli sürməyib. Onlar Şuranın bu gün keçirilən iclasını da boykot ediblər.

10:00 - 11 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin