"Yeni dünya müharibəsi gedir. O, Ermənistanla Azərbaycan arasında, Ukraynada başladı. İndi də İsraildə davam edir”.
Asayis.Az “Qruzaiya-Online” istinadən bildirir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili distant qatıldığı məhkəmə prosesində çıxışı zamanı bildirib.
“Dünya çətin vəziyyətdədir. Fakt budur ki, yeni dünya müharibəsi gedir. O, Ermənistanla Azərbaycan arasında, Ukraynada, indi də İsraildə başlayıb və inkişaf edir. Biz çox çətin vəziyyətdəyik. Hər an nəsə baş verə bilər və gözlənilməz, fəlakətli hadisə ilə üzləşə bilərik… İndi İsraildə baş verənlər qaranlıqla işıq arasında gedən mübarizədir. Bunun arxasında Rusiyanın dayandığına heç bir şübhəm yoxdur”, – Saakaşvili bildirib.