“Bu müharibə uzun sürəcək”

 “Bu müharibə uzun sürəcək”

"Bu müharibə uzun sürəcək, çətin olacaq, amma biz nə etməli olduğumuzu edəcəyik və sülhü geri qazanacağıq”.

Bunu İsrailin ölkəmizdəki səfiri Corc Dik mətbuata açıqlamasında bildirib.

“HƏMAS bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışır. Bu, onların nizamnaməsində yazılıb. Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir. Bu gün baş verənlər İsraildə görünməmiş bir hadisədir və biz bunun bir daha təkrarlanmayacağına əmin olacağıq” - deyə diplomat vurğulayıb.

15:48 - 10 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin