İsrail hava hücumu ilə Qəzza zolağında 7 məscidi dağıdıb

 İsrail hava hücumu ilə Qəzza zolağında 7 məscidi dağıdıb

Son hücumda dağıdılan Əl-Abbas məscidi ilə İsrailin Qəzza zolağına etdiyi hücumlarda dağılan məscidlərin sayı 7-yə yüksəlib.

Asayis.Az
 xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumata əsasən, Qəzzanın mərkəzi hissəsindəki Əl Abbas məscidi raket hücumu nəticəsində dağılıb.

Qeyd edək ki, bundan əvvəl Qəzzada Es-Susi, Əl-Yermuk, El-Emin Muhammed, Əhməd Yasin, Məhəmməd əl-Həbib və Əl-Qərbi məscidləri vurulmuşdu.

Hazırda Qəzza Zolağına intensiv hücumlar davam edir.
 

15:00 - 10 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin