Nəzrin AzTV-dən getdi?

 Nəzrin AzTV-dən getdi?

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin müğənni Mərdan Kazımovla nişanlanıb. 

Asayis.Az-ın məlumatına görə, digər diqqət çəkən məqam isə Nəzrinin aparıcısı olduğu "Telesəhər" verilişindən uzaqlaşması olub. Belə ki, ötən həftə Nəzrin efirə çıxmayıb. Onun əvəzində isə verilişə Ülfət Rəhimova aparıcılıq edib. 

Qeyd edək ki, "Telesəhər" proqramının dörd aparıcısı var. Nəzrin Tofiq Həsənsoyla birlikdə aparıcılıq edirdi. Proqramın digər aparıcı cütlüyü isə Rəvan Raadla Nərmin Xəlilovadır.

Axşam.az

12:36 - 10 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin