Həbsdən çıxan Əli Əliyev hardadır?

 Həbsdən çıxan Əli Əliyev hardadır?

"Mənim kimi adamlar siyasətdən birdəfəlik getmir".
 
Asayis.Az xəbər verir ki, bunu açıqlamasında fəaliyyəti dayandırılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. O, bütün siyasi prosesləri izlədiyini bildirib:

"Bir müddət belə lazımdır. Amma bu o demək  deyil ki, siyasətdən getmişəm, əsla. Lazım olan vaxtlarda yenə də proseslərdə olacağıq”.

"Növbədənkənar parlament seçkiləri keçirilsə, namizdəliyinizi irəli sürəcəksinizmi” sualına Əli Əliyev belə cavab verib: 

"Bu barədə danışmaq tezdir. Mən bütün partiya üzvləri ilə sıx təmasdayam. Lazım gələndə mövqeyimi açıqlayacağam”. 

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb. İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Əli Əliyev Prezident İlham Əliyev mayın 8-də imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Qaynarinfo

17:00 - 9 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin