İsrail ərazisi Qəzzadan atəşə tutuldu - Ölən var

 İsrail ərazisi Qəzzadan atəşə tutuldu - Ölən var

“Qəzza zolağından olan fələstinli radikallar bu gün səhər İsrail ərazisini raket atəşinə tutublar”.

Asayis.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb. 

Ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə təhlükəsiz yerlərdə qalmaq tövsiyə edilib. 

“Kan” radiosunun yaydığı məlumata görə isə, atəş nəticəsində İsrailin cənubunda yaşayan 70 yaşlı qadın həlak olub. Raketlərdən birinin qadının evinə düşdüyü bildirilir.

15:00 - 8 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin