Aparıcı, prodüser Tarix Əliyev (Tolik) polisə müraciət edib.
Asayis.Az xəbər verir ki, buna səbəb tanımadığı xanımın ona zəng edərək, qeyri-etik ifadələr işlətməsi olub.
Tolik həmin şəxsin nömrəsini yayımlayaraq "Bu nömrənin sahibi, xanımlıqdan uzaqdır. Yığıb mənə söyüş söyür. Belələrini çağırıb, lazımi tədbir görəsiniz" deyə, polisə müraciət ünvanlayıb.