Kadırovun 15 yaşlı oğlu Çeçenistan Qəhrəmanı adına layiq görüldü

 Kadırovun 15 yaşlı oğlu Çeçenistan Qəhrəmanı adına layiq görüldü

Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Çeçenistan Qəhrəmanı adına layiq görülüb.

Asayis.Az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov özünün “Telegram” kanalında məlumat verib.

“O, çox gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətlərini nümayiş etdirib, həmişə öz inkişafı üçün səy göstərib və heç vaxt vaxt itirməyib”, - millət vəkili qeyd edib.

10:30 - 8 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin