Prezidentdən “Aqrarkredit”lə bağlı FƏRMAN

 Prezidentdən “Aqrarkredit”lə bağlı FƏRMAN

“Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivlərin alınmasının və idarəedilməsinin maliyyələşdirilməsi məqsədi ilə buraxılan istiqrazların tədavül və ödənilmə müddətləri “Aqrarkredit” QSC tərəfindən istiqraz mülkiyyətçiləri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdirilə bilər.

Asayis.Az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin oktyabrın 5-də imzaladığı fərmanla “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nə edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, “Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivlərin alınmasının və idarəedilməsinin maliyyələşdirilməsi məqsədi ilə mərhələlərlə ümumi həcminin yuxarı həddi 10,0 (on) milyard manat məbləğədək olan istiqrazların buraxılışı həyata keçirilir.

16:42 - 5 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin