“Azərbaycanın Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə keçirilməsi planlaşdırılan görüşdən imtina etməsi onun suveren hüququdur”.
Asayis.Az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
Xatırladaq ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.