Geyiminə görə onu tənqid edənlərə cavab verdi - FOTO

 Geyiminə görə onu tənqid edənlərə cavab verdi - FOTO

Müğənni Aysel Əlizadə cins şalvarını tənqid edənlərə cavab verib.

Asayis.Az-ın məlumatına görə, ifaçı bu barədə sosial media hesabında yazıb. Belə ki, Ayselin "Alexander wang" brendinə məxsus olan şalvarında alt paltarına oxşayan detal yer alıb. İzləyicilər isə Ayseli alt paltarını nümayiş etdirməkdə ittiham ediblər. 

"Bu, cins şalvar modelidir. Artıq bezdim deyə yazıram. Bu tərz cins şalvar modelləri çoxdur. Deyim ki, sabah bunlardan başqasının əynində görəndə də boş-boş danışmayın. Araşdırın, sonra tərbiyəli danışmağa cəhd edin. Dəhşətsiniz, biriniz də yazmırsınız ki, xeyirli olsun. Anlayıram nədəndir, çünki o mədəniyyət yoxdur.

Yaxşı fikir bildirmək, müsbət yanaşma yoxdur. Bu boş-boş yazanların fikri olacaq ki? Onlarınkı yalnız fəsadlıq, tərbiyəsizin tərbiyə haqqında müzakirəsidir. Xoşunuza gəlmir, tərbiyəli ol, izləmə. Açıqlama verdim ki, biləsiniz, bilmirsinizsə, öyrənməyə cəhd edin" deyə, Əlizadə paylaşımında yazıb. 

Axşam.az

16:24 - 4 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin