"Rusiya ermənilərə xəyanət etdi" - Şarl Mişel

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Euronews telekanalına verdiyi müsahibədə Qarabağda baş verən hadisərlərdən, erməni icmasının Azərbaycandan Ermənistana köçməsindən danışıb.

Aİ Şurasının sədri baş verənlərə görə Rusiyanı qınayaraq deyib: “Vəziyyət aydındır - heç kim bunu Rusiyanın erməni əhalisinə xəyanət etdiyini görməyə bilməz. Rusiya öz əsgərlərinin orada olmasını, sabitlik və təhlükəsizliklə bağlı razılaşmalara zəmanət verməsini istəyib. Biz görürük ki, bu hərbi əməliyyat, orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq, hadisə yerində olan Rusiyanın zərrə qədər reaksiyası olmadan başlanıb”.

Qəribədir ki, dünyanın hər yerində Rusiyaya, onun başqa yerlərdə, xüsusilə də separatizm bölgələrində hərbi mövcudluğuna qarşı olan Avropa İttifaqı yalnız RF-nin Qarabağda mövcudluğuna dözümlü yanaşıb və onun erməni icmasını sona qədər dəstəkləməsini, himayə etməsini gözləyib. 

14:36 - 4 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin