Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də Tehrana səfər edib.
Asayis.Az xəbər verir ki, bu barədə “Nour News” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Xələf Xələfov bir sıra yüksək rütbəli iranlı məmurlarla görüşəcək və onlarla regiondakı vəziyyəti müzakirə edəcək. Xələf Xələfovun konkret olaraq kimlərlə görüş keçirəcəyinə dair məlumat verilməyib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İranda səfərdədir. O, artıq İran XİN rəhbəri, Prezident İbrahim Rəisi və digər şəxslərlə görüşüb.