Qarabağı tərk edərkən, Allaha and içərək, azərbaycanlılarla yaşamaq istədiyini, ermənilərin xalq olmadığını bildirən Xankəndinin erməni sakini ilə bağlı şok fakt üzə çıxıb.
Asayis.Az telegram kanallarına istinadən xəbər verir ki o, 1-cı Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşənlərdən biri olub. Həmçinin o, ölkəsinə qayıdan kimi “türklər uşağıma silah tutmuşdular, ona görə bu sözləri (ermənilər xalq deyil - red) demişəm” -, deyə açıqlama verib.