"Space TV"nin efirindəki səhv lağa qoyuldu

Ötən gün "Space TV"də yayımlanan "Gəl, danış" proqramındakı səhv sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Asayis.Az
 xəbər verir ki, Amil Xəlilin aparıcısı olduğu proqramda ekranda başlıq yazılıb. "Ər əvvəl özünü, sonra həyat yoldaşını öldürdü" başlığındakı qramatik səhv isə tənqid edilib. 

Hər kəs ərin öldükdən sonra xanımını necə qətlə yetirməsini lağa qoyub. 

Əməkdar artist Sevda Ələkbərzadə də sözügedən paylaşımı yayımlayaraq "Necə eləyib görəsən?" sözlərini yazıb. 

Aparıcı məsələ ilə bağlı bunları deyib: "Kiçik və texniki səhv. Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən leksik bir səhv olursa, bu, qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın paylaşımı. 20-30 ilin redaktorları belə yazıda səhvlər edir". 

12:00 - 4 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin