Qranada görüşündə sülh əldə oluna bilərmi? - PROQNOZ

 Qranada görüşündə sülh əldə oluna bilərmi? - PROQNOZ

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Asayis.Az xəbər verir ki, politoloq Qabil Hüseynli Demokrat.az-a görüşdə müzakirəsi gözlənilən məsələlər barədə açıqlama verib:



“Sülh gündəliyi müzakirə oluna bilər. Bu hər iki tərəfə lazımdır. Düşünürəm ki, hər iki tərəf sülh prosesində irəliləyiş əldə olunması üçün səy göstərəcək. Görüşü təşkil edən ABŞ və Avropa Birliyi də bunun üçün çalışacaq. Sülhü müqaviləsi imzalanmasa belə ən azından maketi hazırlanıb. Bunun üzərində müzakirələr aparıla bilər”.
 

14:48 - 3 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin