“1 milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazımdır”

 “1 milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazımdır”

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazım olacaq.

Asayis.Az 
xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda panel çıxışında deyib.

“Minalar olan ərazidə bərpa və idarəetmə işləri çətindir. Şərqi Zəngəzur iqtisadi regionunda da dağıntılar var. 30 il ərzində nə təbiət, nə binalar, nə də abidələr salamat qalmayıb. Azərbaycanda biz xüsusi 3 hissədən ibarət koordinasiya yaratmışıq. Bu istiqamətlər müəyyən hədəfləri, strategiyaları müəyyənləşdirirlər. Həmin koordinasiya qurumlar, ekspertlər, 11 işçi qrupu arasında birgə fəaliyyəti tənzimləyir. Bütün bu işçi qrupları eləcə də mütəxəssislər siyasi elitanın qaldırdığı məsələlərə texniki həll yolları axtarırlar. Eləcə də sahəvi lokal problemlər həll edilməlidir", - Prezidentini xüsusi nümayəndəsi bildirib.

O qeyd edib ki, hər bir münaqişənin spesifik cəhətləri var: "Azərbaycanda baş verən münaqişələrdə bəzi səciyyəvi xüsusiyyətlərə toxunmalıyıq. Həmin amillər görəcəyimiz işin miqyasını, potensialını müəyyənləşdirir".

E. Hüseynovun sözlərinə görə, bərpa üçün ayrılacaq vəsait, zaman nəzərə alınmalıdır: “Amma bizim ərazilərimizin 30 illik işğalda olmasını nəzərə alaraq bəzi mühüm məqamlar var. Azad edilmiş ərazilər tamamilə dağıdılmışdı, biz buna şəhərlərin soyqırımı deyirik. 50 hektarlarla meşələr dağıdılıb və ekoterror adlandıra biləcəyimiz vəziyyət baş verib. Tarixi irsə, mədəniyyət abidələri dağıdılmışdı. Bu 2-3 ilin yox 30 ilin dağıntılarıdır. Bütün bunlar məhz dünyada dördüncü sənaye inqilabının baş verdiyi dövrdə baş verib. Məhsuldarlığın artdığı dönəmdə Qarabağ iqtisadi zonası olaraq biz baş verənlərə qarşı adekvat tədbirlər görürük".

12:48 - 3 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin