Ermənistandan qovulan soydaşlarımızı Xankəndiyə köçürək - Parlamentdə TƏKLİF

 Ermənistandan qovulan soydaşlarımızı Xankəndiyə köçürək - Parlamentdə TƏKLİF

“Bugünkü Ermənistan ərazisindən qovulmuş soydaşlarımızı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik”

Asayis.Az 
xəbər verir ki, bunu Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib. 

“Bugünkü Ermənistan ərazisindən acımasızcasına, işgəncələrə məruz qoyularaq, təhqir olunaraq qovulmuş soydaşlarımızı Qarabağı tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməyən separatçıların yaşadığı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik. Həm də bunu bacardıqca tez etməliyik. Bir milyon azərbaycanlı qaçqını ermənilərin dağıtdığı şəhər və kəndlərimizi görməyən ermənipərəst dairələrə isə üzümü tutub deyirəm ki, bir gün bu ədalətsizliyinizə görə sizlər də bu gün müdafiə etdiyiniz separatçılar kimi Allahın lənəti ilə üzləşib qəzəbinə gələcəksiniz”,- deyə o bildirib.

18:00 - 2 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin