Kadırov səhhəti barədə danışdı

 Kadırov səhhəti barədə danışdı

Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə cavab verib.

Asayis.Az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Pavel Zarubinin teleqram kanalında məlumat verilib.

Kadırov onun səhhəti ilə bağlı yalan məlumat yayanlardan danışaraq, belə insanların “dövləti, dinləri və xalqları məhv etmək” niyyətində olduğunu vurğulayıb.

“Mən tamamilə sağlamam”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, daha öncə Kadırovun xəstəxanaya yerləşdirilməsi barədə sosial şəbəkələrdə məlumat yayılmışdı.

13:48 - 2 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin