BMT-nin missiyası Qarabağa gəlib - FOTOLAR

 BMT-nin missiyası Qarabağa gəlib - FOTOLAR

Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyası Qarabağa gəlib.

Asayis.Az xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət ediblər.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.





APA

10:24 - 2 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin