Türkiyəli müğənni Ajda Pekkan sentyabrın 29-da vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.
Asayis.Az xəbər verir ki, sənətçi instaqram səhifəsində millət vəkili ilə fotosunu paylaşaraq bunları yazıb:
"Türk dünyasında yeri doldurulamayacaq çox dəyərli dostum, Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Çox dəyərli insan idi. Məkanı cənnət olsun. Azərbaycanımız başda olmaqla bütün türk dünyasının başı sağ olsun".//Axşam.az