“Sülhməramlıların gələcək fəaliyyəti Azərbaycanla müzakirə ediləcək”

 “Sülhməramlıların gələcək fəaliyyəti Azərbaycanla müzakirə ediləcək”

“Bakı və İrəvan arasında sülh sazişinin imzalanması məsələsi aktual olaraq qalır”.

Asayis.Az 
Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının, logistikanın inkişafı üzrə planlar mövcuddur: “Bu həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya üçün həddindən artıq vacibdir. Ümid edirik ki, bu iş davam etdiriləcək”.

Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti olaraq yerləşdirilən rusiyalı sülhməramlıların gələcək fəaliyyətinə gəldikdə isə, Peskov qeyd edib ki, bu məsələ Azərbaycan tərəfi ilə müzakirə ediləcək.

13:30 - 30 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin