“Xankəndidə İH üzərində Azərbaycan bayrağının qaldırılması bir neçə günün işidir” - VİDEO

 “Xankəndidə İH üzərində Azərbaycan bayrağının qaldırılması bir neçə günün işidir” - VİDEO
“Biz final mərhələsindəyik. Mənim üçün final mərhələ isə Xankəndi İcra Hakimiyyətinin binası üzərində Azərbaycan bayrağının qaldırılmasıdır. Məncə, bu, bir neçə günün məsələsidir”.

Asayis.Az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, diplomat, dövlət xadimi Elmar Məmmədyarov Baku TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, reinteqrasiya adlanan yeni mərhələ başlayıb.

“Hesab edirəm ki, bu artıq sülhyaratma prosesidir, əlbəttə, o, bəsit deyil, maliyyə investisiyası tələb edir. Ancaq əsas məsələlərdən biri - azərbaycanlıların Xankəndidəki öz dədə-baba yurdlarına qayıtmalarıdır”, - o əlavə edib.

Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova Elmar Məmmədyarovla Ermənistanın siyasi rəhbərliyindəki tam xaos, baş nazir Nikol Paşinyanın postunu saxlayıb-saxlamayacağı, azərbaycanlıların və ermənilərin birgə yaşayışı, yeni reallıqlarda Rusiya sülhməramlılarının taleyi, sülh müqaviləsi, Zəngəzur dəhlizinin açılması, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması barədə də danışıb.

Daha ətraflı videomüsahibədə:
 

 

10:00 - 30 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin