Rusiya prezidenti Vladimir Putin Çeçenistanın rəhbəri Ramzan Kadırovla görüşüb.
Asayis.Az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov faktı təsdiqləyib.
Putin respublika rəhbərinin və komandasının regionun dinamik inkişafına şəxsi töhfəsini müsbət qiymətləndirib.
"Ramzan Axmatoviç, biz respublikadakı vəziyyət haqqında danışmağa razılaşdıq: iqtisadiyyatda, sosial sferada. Ümumiyyətlə, dinamika müsbətdir, bu, böyük ölçüdə sizin sayənizdə baş verir, komandanız, insanlar inamla işləyirlər. Həmçinin Rusiya Federasiyası hökuməti ilə yaxşı qarşılıqlı fəaliyyət sayəsində”, - Rusiya prezidenti deyib.
Qeyd edək ki, bundan əvvəl Kadırovun vəziyyətinin pisləşdiyi, hətta öldüyü barədə məlumatlar yayılmışdı.