Bu federasiyanın adı dəyişdi - Yeni rəhbər təyin edildi

 Bu federasiyanın adı dəyişdi - Yeni rəhbər təyin edildi

Azərbayca Ağır Atletika Federasiyasının yeni prezidenti müəyyənləşib.

Asayis.Az xəbər verir ki, Azərbaycan Sənaye Korporasiyası ASC-ni baş direktoru, sabiq millət vəkili Kamran Nəbizadə federasiyanın rəhbəri seçilib.

O bu postda Ali Məhkəmənin Sədri İnam Kərimovu əvəzləyib. Həmçinin federasiyanın vitse-prezidentləri də məüyyənləşib.

Azərbaycanın əməkdar məşqçisi, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov və “Silk Way Group”un vitse-prezidenti Mirsəməd Mövsümzadə vitse-prezidentlər təyin edilib.

Həmçinin federasiyanın adı da dəyişdirilib. Azərbaycan Ağır Atletika Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası adlanacaq.

 

“Qafqazinfo”

17:12 - 28 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin