Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb.
“2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və Dağlıq Qarabağ Respublikası öz mövcudluğunu dayandırır”, - deyə məlumatda qeyd olunub.